ice berg

ice berg İdman 25-09-2025, 16:00

“Barselona”nın yarımmüdafiəçisi ilin sonunadək oynamayacaq

“Barselona”nın yarımmüdafiəçisi ilin sonunadək oynamayacaq

“Barselona”nın yarımmüdafiəçisi Gavi ağır zədə səbəbindən 2025-ci ilin sonuna qədər meydana çıxmayacaq.

 

Loading.aZ xəbər verir ki, 21 yaşlı ispan futbolçu menisk əməliyyatı keçirib. Ona medial menisk zədəsini aradan qaldırmaq üçün artroskopiya olunub və menisk tikilib.

 

Oyunçunun bərpa müddətinin təxminən 4-5 ay olacağı bildirilir. Bu məlumat “blauqrana”ların rəsmi X sosial şəbəkə səhifəsində paylaşılıb.

 

Bu mövsüm Gavi klub səviyyəsində bütün turnirlərdə cəmi iki oyun keçirib və bir qol ötürməsi ilə yadda qalıb.

 

Ötən mövsümdə isə o, müxtəlif turnirlərdə 42 oyunda iştirak edib, 3 qol vurub və 3 qol ötürməsi edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
212 163 174 180 191 192

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.