O idi dərdimi bilənim mənim
Baxıram yollara göz dikib hər gün,
Görəsən gələcək kimim var mənim.
Yarımcan halımda yol gözləyirəm,
Varmı bu qədrimi bilənim mənim.
Dil nalə çəkib göz tökdü yaşı,
Hər gündə sızaldı bağrımın başı,
Bilmədən olmuşam bəlkə mən naşı,
Olmadı ürəkdən sevənim mənim.
Mən könül ovçusu o ahu ceyran,
Süzdürüb qıyğacı baxdı hər zaman,
Qalmadı nə ümid nə də bir güman,
O oldu tərk edib gedənim mənim.
İlkin gəl at bu sevginin ağır daşını,
Qurutdun gözünün axan yaşını,
Baxanda göz ücu,çatdı qaşını,
O idi dərdimi bilənim mənim.
İlkin Əzizov






