Sevgi şairi

Sevgi şairi özünü 🤔 fikirli hiss edir. Şeirlər 2-10-2025, 17:00

Özü göz yaşını silər qadınlar

Özü göz yaşını silər qadınlar

Sevginin qayğının çəkib həsrətin,

Hər dərdə əzaba dözər qadınlar.

Xəlvətə çəkilib ağlayar bəzən,

Dərdi göz yaşı ilə bölər qadınlar.

Saxlayar həyanı, təmizdi adı,

Qırılıb elə bil qolu qanadı,

Sevgisiz həyatın yoxdur ki dadı,

İçində ağlayıb gülər qadınlar.

Həyat hər addımda yaşadır qəmi,

Kədər əsir alıb o şux görkəmi,

Tapmadı o ürək həyat həmdəmi,

Özü göz yaşını silər qadınlar.

Qurduğu xəyallar yanıb kül olub,

Sanki tumurcuqda qönçə tək solub,

İlkin,məsum ürəklərə acı qəm dolub,

Həyatın yükünü çəkər qadınlar

                                        İlkin Əzizov

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
193 199 173 196 234 226

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.