ice berg

ice berg İdman 3-10-2025, 19:00

“Futbol həyatımı məhv etdi” – Luçano Spaletti

“Futbol həyatımı məhv etdi” – Luçano Spaletti


Luçano Spalletti səmimi müsahibə verərək futbolun həyatını məhv etdiyini deyib.

 

"Futbol həyatımı alt-üst etdi. Futbolu özümdən çox sevdim, ən yaxın insanları qurban verdim...”

 

Loading.aZın xarici mediaya istinadla xəbərinə görə, italiyalı mütəxəssis deyib ki,Norveçə məğlubiyyət heç vaxt unudulmayacaq: “Gecələr məni oyaq saxlayır. Bu, bütün həyatıma təsir etdi.

Bəzən özümü xoşbəxt hiss edirəm, amma tez keçir. Futbolçuları onları sevdiyimə inandıra bilmədim”.

 

Spaletti hələ də milli komandadan qovulmasından narahatdır.

 

Mütəxəssis 2023-cü ilin sentyabrında milli komandanın başına keçib. O, komandanı 2024-cü il Avropa çempionatıa ə aparıb və 2025-ci ilin iyununda 2026-cı il dünya çempionatının seçmə mərhələsində Norveçə 3:0 hesablı məğlubiyyətlə başladıqdan sonra qovulub.


66 yaşlı Spallettidən növbəti işinə hazır olub-olmadığını soruşublar.

 

“Hazırda İtaliya millisindəki iş təcrübəm hələ də beynimdə həkk olunub.

 

Mən onu unutmağa çalışmamışam; təcrübəni və onun bizə verdiyi hər şeyi qəbul etməliyik. İşlər istədiyim kimi getmədi, amma mən buna hər şeyimi verdim. İndi bu ağrı ilə barışmaq üçün bir az vaxt lazımdır, sonra hər şeyi yenidən başlayacağam.

 

Davam etmək istəməsəydim, gedərdim, amma məni işdən çıxardılar", - Spalletti deyib.

 

Luçanonun karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi bildirilir. “Əl-İttihad” italiyalını qovulmuş Loran Blanın əvəzedicisi kimi nəzərdən keçirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
157 178 195 176 179 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.