♔Kraliça♔

♔Kraliça♔ Hekayələr 23-04-2016, 21:53

Göz yaşı

Göz yaşı


Bir dadına baxım. Hmm üstündə bir az araşdırma aparmalıyam. Siz bunu bulaq adlandırdınız amma mən bir həkim olaraq bilirəm ki, bulaq suyu şirin olar. Bunun tamında duz var, analoqu olmayan bir bulaq? Bəs bu bulağın suyu hardan gəlir? Mənbəyi nədir? Hər gecə təyziqlə axmasına səbəb nə ola bilər?...Həkim sözünü kəsdiyi an “bulaq” yenə bir vulkan kimi püsgürəcəyini xəbər verirdi sanki. “Xəstə”ni dəhlizə çıxardan həkim onun həyatı haqqında bir necə suallar verdi. “Xəstə” dəhlizin divarında asılmış şəklə baxdı. Hamı kimi o şəkildəki tibb bacısı da ona “sus” deyə işarət edirdi. Lakin o bu dəfə əmin idi. Danışacaqdı “xəstəliyi” haqqında. Ölüm iyisi bürümüşdü dəhlizi. Qulağında cingildəyən ananın hayqırışı-“ay mənim igid oğlum, mən ölərdim, sən yaşayardın” ona orta məktəbdəki bir sualı xatırlatdı: “Limit ölümə gedirsə yaşam nəyə bərabərdir?” İndi bu sualın cavabını ana yaxşı bilirdi: “Yaşam heçə bərabərdir”...
Həkim, bulağın suyunun hardan gəldiyini soruşduz. Ürəyimdən, bəli düz eşitdiz, ürəyimdən gəlir, elmə məlum olmayan bir “damar” vasitəsiylə. “Mənbə”yi ordakı dərdlər, hər gecə “təyziqlə” axma səbəbi isə ürəyin bu “bulaq” suyu ilə dolmasıdır. Və bir də, həkim, hər bulağın bir gözü vardır. Bu “bulağın” gözü mənim gözümdür..,

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
898 765 767 678 753 719

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.