ice berg

ice berg Şeirlər 16-10-2025, 21:00

Yağış damlaları

Yağış damlaları

İsladır torpağı şiddətlə, yağış damlaları

Çırpılır daşlara hiddətlə yağış damlaları.

 

Yayılır yerlərə göydən bu həyat inciləri

Qovuşur çaylara həsrətlə yağış damlaları.

 

Seyr edir bağda ağaclar bu gözəl mənzərəni 

Sulayır gülləri şəfqətlə yağış damlaları.

 

Təpədən dırnağadək mən küçədə islandım

Sıçrayır üstümə ləzzətlə yağış damlaları. 

 

Ağladır gah məni leysanla yağış damlaları

Güldürür gah məni heyrətlə yağış damlaları..

 

#VüqarHənifi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
268 245 279 243 189 236

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.