ice berg

ice berg Maraqlı 20-10-2025, 10:00

Bu insanlar daha çox yaşayır: Siz onlardansınız?

Bu insanlar daha çox yaşayır: Siz onlardansınız?

Edinburq Universitetinin alimləri 22 mindən çox insanın məlumatlarını araşdıraraq maraqlı nəticəyə gəliblər.

 

Loading.aZ ın xarici mediaya istinadla xəbərinə görə, aktiv, məqsədyönlü və başqalarına kömək etməyə meylli insanlar daha çox yaşayır, əvəzində isə daimi narahatlıq və əsəbilik insan ömrünü azalda bilər.

 

Xarakter və ömür arasındakı əlaqə

 

Tədqiqatçılar iştirakçıları klassik psixoloji tiplərə – introvert və ya ekstrovert – bölməyiblər. Onlar insanların özlərini necə təsvir etdiklərinə diqqət yetiriblər. Məsələn, kiminsə özünü “enerjili” və ya “aktiv” adlandırması, əslində onun həyat tərzi və sağlamlıq vərdişlərini daha dəqiq əks etdirib.

 

Ən güclü uzunömürlülük göstəricisi “aktiv” sözü olub. Özünü belə təsvir edən insanların ölüm riski 21 faiz aşağı çıxıb.

 

Uzun ömürlə əlaqəli xüsusiyyətlər

Tədqiqat nəticəsində məlum olub ki, nizam-intizamlı, məsuliyyətli və planlı insanlar da daha uzunömürlü olurlar. Bunun səbəbi onların həkim tövsiyələrinə əməl etməsi, rejimə diqqət yetirməsi və streslə daha sağlam şəkildə mübarizə aparmasıdır.

 

Əksinə, “narahat”, “tez əsəbiləşən” və ya “tez ruhdan düşən” kimi özünü xarakterizə edən insanların daha tez öldüyü müşahidə edilib. Alimlər vurğulayırlar ki, bu, qaçılmaz taleyə işarə deyil, sadəcə gündəlik davranış və emosional vərdişlərin sağlamlığa birbaşa təsiri var.

 

Psixoloji amillər gələcək tibbi diaqnostikanın bir hissəsi ola bilər

Alimlər hesab edirlər ki, bu cür şəxsi xüsusiyyətlər gələcəkdə tibbi analizlərin tərkib hissəsinə çevrilə bilər. Psixoloji testlər həkimlərə insanın sağlamlıq risklərini daha erkən müəyyən etməyə və xroniki xəstəliklərin qarşısını almağa kömək edəcək

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
141 135 151 151 144 174

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.