ice berg

ice berg Münasibətlər 3-11-2025, 12:51

Bir narsist sizi münasibətlərdə necə manipulyasiya edir? - Üç gizli hiylə

Bir narsist sizi münasibətlərdə necə manipulyasiya edir? - Üç gizli hiylə

Amerikalı psixoloq Mark Trevers münasibətlərdə narsissin partnyor üzərində nəzarəti necə qurduğunu izah edib. Treversin sözlərinə görə, narsisslə mübahisə etmək çox vaxt nəticəsizdir, çünki onların özünüqiymətləndirməsi hər şeydən üstündür və öz səhvlərini etiraf etməkdən qaçırlar.

 

Loading.aZ xarici mediaya istinadla xəbər verir ki, psixoloq narsisslərin istifadə etdiyi gizli təsir üsullarını sadalayıb.

 

Sükut vasitəsilə cəza.

 

Narsisslər ilk yazmır, zəng etmir və söhbətə başlamırlar. Hər hansı narahatlıq hiss etdikdə tamamilə uzaqlaşır, qarşı tərəfdə “sən ondan daha çox ehtiyaclısan” təəssüratı yaradırlar. Bu məsafə emosional qarışıqlıq yaradır və qurbanı geri dönməyə məcbur edir. Araşdırmalar göstərib ki, narsisslərlə münasibətdə olan insanlar tez-tez PTSR simptomları yaşayırlar.

 

Günahın ötürülməsi.

 

Narsisslər münasibətlərdə və ya öz həyatlarında yolunda getməyən hər şeyə görə qurbanı günahlandırırlar. Onların baxışına görə, etdikləri hərəkət və münasibətdəki davranış qurbanın “səhəbinin nəticəsidir”.

 

Qazlaytinq

 

Narsisslər hadisələri yalnız öz prizmasından görürlər. Onların nə qədər incindi­yi və reaksiyalarının nə dərəcədə “haqlı” olması yalnız onların emosiyasına əsasən qiymətləndirilir. Qarşı tərəfin baxış bucağını görmə qabiliyyətləri zəifdir. Narsissizmin yüksək olması başqasının mövqeyini dərk etməyi çətinləşdirir və nəzarət ehtiyacı bu vəziyyəti qismən izah edir.

 

Mark Treversin fikrincə, narsisslər üçün əsas məqsəd nəzarəti əlində saxlamaqdır. Bu üsulların fərqində olmaq və necə işlədiyini başa düşmək insanın özünə sadiq qalmasına və manipulyasiya tələsinə düşməməsinə kömək edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
197 220 212 225 175 175

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.