ice berg

ice berg Ayaqqabı 13-11-2025, 21:00

Hər gün hündürdaban ayaqqabı geyinmək olar?

Hər gün hündürdaban ayaqqabı geyinmək olar?

Hündürdaban ayaqqabıların qadın dünyasında özünəməxsus yeri var.

 

Gözəl və cazibədar görünmək hər bir xanımın arzusu olsa da, dikdaban ayaqqabıları geyinmək onların həm qamətinə, həm də ümumi sağlamlığına mənfi təsir göstərə bilir.

 

Həkim Pərvanə Mustafayeva deyib ki, uzun müddət hündürdaban ayaqqabı geyinmək fonunda xüsusən pəncənin ön hissəsi barmaq nahiyəsində yüklənmə artır. Bu davamlı olaraq barmaq nahiyəsində ağrılarla yanaşı ayaqqabının sıxmağa məruz qaldığı yerlər tərəfdə döyənəklər də yarana bilir: 

 

"Uzun müddət hündürdaban ayaqqabı üzərində dayanmaq həm onurğa problemlərinə, həm də ayaqda müəyyən mənfi təsirlərə gətirib çıxarır. Hündürdaban ayaqqabılardan ayağın dabanına daimi təzyiq sinir uclarını qıcıqlandıra və şişə səbəb ola bilər. Bu, ayağın oynaqları arasındakı sinirləri sıxaraq ağrı yaradır. Bu problemlər müalicəvi dərmanlar, iynələr və ya hətta cərrahi müdaxiləni əhatə edə bilər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
287 296 251 242 275 324

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.