ice berg

ice berg İdman 20-11-2025, 14:00

Poqba qayıdır

Poqba qayıdır

"Monako"nun yarımmüdafiəçisi Pol Poqba uzun müddətdən sonra yenidən rəsmi matçda iştirak edəcək.

 

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, fransalı futbolçu Liqa 1-in 13-cü turunda "Renn"ə qarşı keçiriləcək oyunda komandaya kömək edəcək.

 

Bu qarşılaşma 32 yaşlı Poqbanın 26 ay sonra yaşıl meydanlara dönüşü olacaq. O, son dəfə 2023-cü ilin sentyabrında "Yuventus" forması ilə "Empoli"yə qarşı meydana çıxmışdı.

 

Qeyd edək ki, Poqba dopinq qaydalarını pozduğu üçün uzun müddət futboldan uzaq qalmış, cəzasını başa vurduqdan sonra 2025-ci ilin yayında azad agent statusu ilə "Monako"ya keçmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
228 191 208 196 220 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.