Kukulka

Kukulka Mətbəx 7-10-2017, 13:30

Hamburger resepti

Hamburger  resepti





Tərkibi:

5-6 adəd yumru kökələr

300 qr çəkilmiş ət

Süd

1-2 ədəd pomidor

3-4 ədəd duzlu xiyar

Holland pendiri

Ketçup

Kahı

150 qr soğan

10 x.q. 6%-li sirkə

15 x.q. su

3 x.q. pesok

Duz, istiot

"Zeytun Bağları" zeytun yağı

Hazırlanması:

Soğan yumru formada doğranılır.Soğan üçün sous hazırlanır: su, sirkə, şəkər tozu qarışdırılır.Soğanı 15-20 dəqiqə sousda saxlayırıq.Bir adəd kökəni süddə isladırıq.Sonra kökəni astaca sıxıb, ətin üzərinə əlavə edirik, duz-istiot vurulub qarışdırılır.Çəkilmiş ətdən nazik kotlet düzəldilir.Sonra pomidorlar halqa şəklində doğranılır.Duzlu xiyarlar uzun-uzun doğranılır.Kotletlərin hər iki tərəfi az yağda 5-7 dəqiqə qızardılır.Yumru kökələr iki yerə ayrılır.Üzərinə ketçup çəkilir.Üzərinə kahı qoyulur.Kahının üzərinə kotlet qoyulur.Kotletin üzərinə holland pendiri qoyulur.Pendirin üzərinə pomidor qoyulur.Pomidorun üzərinə soğan qoyulur.Soğanın üzərinə duzlu xiyar qoyulur.Və üzəri kökənin digər hissəsi ilə örtülür.

Nuş olsun!


Hamburger  resepti

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
808 931 811 639 794 687

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.