ice berg

ice berg İdman 24-11-2025, 14:00

Misli Premyer Liqasında mövsümün azarkeş rekordları qeydə alındı

Misli Premyer Liqasında mövsümün azarkeş rekordları qeydə alındı

Misli Premyer Liqasında mövsümün azarkeş rekordları qeydə alınıb.

 

Loading.aZ PFL-in saytına istinadən xəbər verir ki, bu, XII tura təsadüf edib.

 

“Sumqayıt” – “Qarabağ” qarşılaşması (2:4) mövsümün ən çox tamaşaçı toplayan görüşü olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçda 9100 izləyici qeydə alınıb.

 

Bu qarşılaşmaya qədər mövsümün rekordu X turun “Turan Tovuz” – “Şamaxı” matçına (2:1) təsadüf etmişdi. Tovuz şəhər stadionundakı oyunda 5800 azarkeş olub.

 

XII turun ilk gününün Yevlax şəhər stadionunda keçirilən “Karvan Yevlax” – “Kəpəz” görüşündə (1:2) isə 4000 tamaşaçı olub. Bununla da turun matçlarını 13100 nəfər izləyib. Bu, digər 4 qarşılaşmadan asılı olmayaraq mövsümün ən çox tamaşaçı toplayan turu olub. Əvvəlki rekord 10720 izləyicinin olduğu X turda yaşanmışdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 232 220 185 151 222

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.