AzizA

AzizA Maraqlı 25-11-2025, 13:30

Hansı qəhvə növü dişləri daha çox ləkələyir

Hansı qəhvə növü dişləri daha çox ləkələyir

Qəhvə sevənlər dişlərinin ağlığını qorumaq üçün diqqətli olmalıdır. Müxtəlif qəhvə növləri dişlərin rənginə fərqli təsir göstərir.

“Holivud gülüşü” əldə etmək çətindir, onu saxlamaq isə daha da çətindir. Bir çox insanlar diş ağardıcı prosedurlara xərclər edir, lakin bəzi sadə qaydalara əməl etməklə dişləri qorumaq mümkündür.

Cənubi Koreya alimlərinin araşdırmalarına görə, robusta qəhvəsini sevənlərin dişləri arabica sevənlərə nisbətən daha açıq rəngdə olur. Robusta dişləri demək olar ki, ləkələmədiyi üçün emala daha az zərər verir. Arabica isə daha turşulu olduğundan, diş emalını yumşaldır və piqmentlərin dişə hopmasına şərait yaradır.

Mütəxəssislər həmçinin tövsiyə edir ki, qəhvə içdikdən sonra dişləri yaxalamaq lazımdır. Çox isti içki emalı tez sıradan çıxara bilər. Qəhvəyə əlavə edilən süd də dişlərin ləkələnməsini azaldır, çünki piqmentin dişə yapışmasını çətinləşdirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
185 160 179 181 191 172

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.