Görəsən yadına düşürəmmi mən?
Gözlərim gözünə həsrətdir nədən?
Əllərim toxunmur əlinə sənin?!
Görəsən yadına düşürəmmi mən?
Heç adım gəlirmi dilinə sənin?
Ağlaya bilmədim...Buna səbəb var.
Bağışla nə olar,məni əzizim...
Qorxdum ki göz yaşım yolu isladar,
Yolundan edərəm səni əzizim...
İndi bir göz yaşım,bir də ötənlər.
Bundan ibarətdir nəyim vardısa,
Nə sən qayıdacaqsan,nə də o günlər,
Zaman da sənintək inadkardısa...
Sən daniş,mən daha susacam gulum...
Baxışım iz salar susduğum yerə.
Bir gecə özümü asacam gülüm,
Divardan şəklini asdığım yerə...
Əllərim toxunmur əlinə sənin?!
Görəsən yadına düşürəmmi mən?
Heç adım gəlirmi dilinə sənin?
Ağlaya bilmədim...Buna səbəb var.
Bağışla nə olar,məni əzizim...
Qorxdum ki göz yaşım yolu isladar,
Yolundan edərəm səni əzizim...
İndi bir göz yaşım,bir də ötənlər.
Bundan ibarətdir nəyim vardısa,
Nə sən qayıdacaqsan,nə də o günlər,
Zaman da sənintək inadkardısa...
Sən daniş,mən daha susacam gulum...
Baxışım iz salar susduğum yerə.
Bir gecə özümü asacam gülüm,
Divardan şəklini asdığım yerə...






