AzizA

AzizA Sağlamlıq 28-11-2025, 08:30

Səhər yeyiləndə enerji verir, axşam yeyiləndə "dərd"

Səhər yeyiləndə enerji verir, axşam yeyiləndə "dərd"

Axşam saatlarında yeyilən banan xeyirdən çox zərər verə bilər.

Banan çox faydalı meyvə olsa da, onu axşam yemək narahatlıq əsasən yaradır.

Banan səhər yeməyi üçün çox uyğundur. Tərkibindəki təbii şəkərlər və kalium enerji verir və günə daha yaxşı başlamağa kömək edir. Xüsusilə yanında zülal olan bir qida ilə yesən daha balanslı olur.

Idmana 30-60 dəqiqə qalmış banan yemək əladır. Çünki banan sürətli enerji verir və əzələlər üçün faydalı olan kalium və karbohidratla təmin edir.

Idmandan sonra banan bədənin enerji ehtiyatını doldurur və əzələlərin bərpasına yardım edir. Tərkibindəki kalium və maqnezium əzələ gərginliyini azalda bilir.

Axşam saatlarında da yemək olar, amma çox gec yemək məsləhət deyil, çünki tərkibində təbii şəkər var və mədəni bir az ağırlaşdıra bilər.

Ümumiyyətlə, bananı ac qarına yemək olar, amma mədə həssasdırsa turşuluğu artıra bilər. Belə halda bananı qatıqla və ya yulafla birlikdə yemək daha yaxşıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
166 153 170 206 205 186

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.