ice berg

ice berg İdman 28-11-2025, 15:00

Mbappedən Çempionlar Liqasında rekord

Mbappedən Çempionlar Liqasında rekord

"Real Madrid"in hücumçusu Kilian Mbappe Çempionlar Liqasının rekordçusuna çevrilib. O, turnir tarixində səfər matçlarında ən çox het-trik edən futbolçu olub.

 

Loading.aZın məlumatına görə, fransalı forvard bu nailiyyəti Çempionlar Liqasının 5-ci turunda "Olimpiakos"la qarşılaşmada əldə edib. Madrid təmsilçisi rəqibini 4:3 hesabı ilə məğlub etdiyi oyunda Mbappe dörd dəfə fərqlənib.

 

Bu qarşılaşmadan sonra hücumçunun cari mövsümdə vurduğu qolların sayı doqquza yüksəlib. Bununla da Mbappe şəxsi rekordunu yeniləyib. O, əvvəlki ən yaxşı nəticəsini - səkkiz qolu - 2020/21 mövsümündə və PSJ-də çıxış etdiyi 2023/24 mövsümündə qeydə almışdı.

 

"Real Madrid" hazırda turnir cədvəlində 12 xalla beşinci pillədə qərarlaşıb. Komanda növbəti turda "Mançester Siti" ilə üz-üzə gələcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
180 185 230 162 241 208

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.