Diablo

Diablo Münasibətlər 29-11-2025, 11:40

Sevgilinizin sizi aldadacağını dərhal necə başa düşmək olar?

Sevgilinizin sizi aldadacağını dərhal necə başa düşmək olar?

Mütəxəssislər bildirirlər ki, münasibətlərdə bir əlamət dəyişmənin baş verəcəyini mütləq göstərmir, lakin bir neçə siqnalın birləşməsi riskin artdığını göstərə bilər.


Psixoloqlar münasibətdəki davranış nüanslarını düzgün oxumağın vacibliyini vurğulayır və qeyd edirlər ki, potensial xəyanətkarlar sədaqəti pozmadan əvvəl müəyyən xüsusiyyətlər nümayiş etdirirlər.


Uzmanlara görə, bu siqnalları vaxtında görmək mümkün emosional zərbədən qorunmağa kömək edir. Əsas tövsiyə isə hisslər barədə açıq danışmaq, sərhədləri müəyyən etmək və qarşılıqlı hörməti qorumaqdır. Mütəxəssislər bildirirlər ki, dürüstlük və diqqət hər cür xəyanətin ən təsirli qarşısını alan amildir.


Beləliklə, kişinin xəyanətə meyilli ola biləcəyini göstərən əsas amillər barədə xəbər veririk


Daim diqqət və tərifə ehtiyac duymaq


Bəzi kişilər nə qədər sağlam münasibət içində olsalar da, başqa qadınlardan təsdiq almağa can atırlar.


Psixoloqlar bu davranışı “emosional doymazlıq” adlandırır və bunun xəyanətə açıq qapı ola biləcəyini qeyd edirlər.


Hisslər barədə danışmaqdan qaçmaq


Duyğularını bölüşməyən, məsafə saxlayan və yaxınlıqdan yayınan kişilər emosional bağlılıqdan çəkinirlər. Bu isə münasibətdə yaxınlıq zəiflədikcə yenilik və həyəcan axtarışını sürətləndirir.


Telefon və sosial şəbəkələrdə gizlilik


Parolların tez-tez dəyişdirilməsi, mesaj gələndə narahatlıq, telefonla başqa otağa keçmək, hamısı sirr gizlədildiyinin göstəricisi sayıla bilər.


Psixoloqlar bildirir ki, gizlilik adətən xəyanət başlamadan öncə ortaya çıxır.


Tərəfdaşın dəyərini azaltmaq və başqaları ilə müqayisə etmək


Davamlı narazılıq və digər qadınlarla qarşılaşdırma bunlar kişinin münasibətdən emosional olaraq uzaqlaşdığını bildirən təhlükəli siqnallardır. Bu davranış çox vaxt xəyanəti “haqlı çıxarmağa” xidmət edir.


Özünə həddindən artıq azadlıq vermək


“Kimə nə borcum var?”, “Mən sərbəst olmaq istəyirəm” kimi ifadələr romantik görünsə də, əslində münasibət qaydalarını qəbul etməkdən yayınma cəhdi ola bilər.


Psixoloqlar qeyd edir ki, məsuliyyətdən qaçma xəyanət riskini ciddi şəkildə artırır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
186 172 193 191 164 197

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.