AzizA

AzizA İdman 30-11-2025, 08:30

Lionel Messi dünyanın ən çox məhsuldar ötürmə edən oyunçusu olub

Lionel Messi dünyanın ən çox məhsuldar ötürmə edən oyunçusu olub

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi yeni rekorda imza atıb. 38 yaşlı futbolçu dünyanın ən çox məhsuldar ötürmə edən oyunçusu olub.

Təcrübəli hücumçu bunu MLS-in Şərq Konfransının pley-off mərhələsində “Nyu-York Siti” ilə final matçında (5:1) assist etməklə bacarıb. Peşəkar karyerasında məhsuldar ötürmələrin sayını 405-ə çatdıran ulduz futbolçu macarıstanlı Ferens Puşkaşı geridə qoyaraq, bu nominasiya üzrə bütün zamanların ən yaxşısı olub.

Qeyd edək ki, “İnter Mayami” MLS-də mövsümün həlledici oyununu Qərb Konfransının qalibi olan Kanadanın “Vankuver” klubuna qarşı keçirəcək. Çempionluq matçı dekabrın 6-da reallaşacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
206 205 221 205 232 173

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.