ice berg

ice berg İdman 1-12-2025, 20:00

Bu axşam derbi var

Bu axşam derbi var

Bu axşam İstanbulda "Şükrü Saracoğlu Stadionu"nda "Fənərbağça" və "Qalatasaray" komandaları növbəti "İnterkontinental Derbi"də üz-üzə gələcəklər.

 

Loading.aZ xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçın baş hakimi Yasin Koldur.

 

Tarixə nəzər saldıqda, komandalar indiyədək 403 rəsmi qarşılaşma keçiriblər. Bu oyunlarda "Fənərbağça" 149 qələbə, "Qalatasaray" isə 130 qələbə qazanıb, 124 oyun isə heç-heçə ilə nəticələnib. Top fərqinə görə isə "Fənərbağça" 543, "Qalatasaray" isə 502 qol vurub.

 

Hər iki klub üçün bu matç həm titul uğrunda, həm də tarixdəki əzəli rəqabət baxımından böyük əhəmiyyət kəsb edir.

 

Futbolsevərləri bu axşamki görüşdən hər iki komanda adına çox ümidlidirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
200 191 228 210 185 190

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.