Varlı adamların toyları bir-birinə oxşayır. Məlum 4-5 məkanların birində toy baş tutur. Məclisi Murad Arif idarə edir. Bəy və gəlin zala "Natiq" ritm qrupunun müşahidəsiynən daxil olur. Sonradan növbə ilə Eyyub Yaqubov, Tünzalə, Miri Yusif və ən sonda Röya da gəlib oxuyur. Röya oxuyanda mütləq bəyin içkili dostlarından biri Röya ilə səhnədə rəqs edir və duet oxuyur. Bəzən Türkiyə və Rusiya estradasının vaxtilə bərk getmiş müğənnisi də qonaq çağırılır. Amma di gəl ki, həmin müxtəlif varlı cütlüklərin boşanması tamamilə fərqli olur. Fərqli vəkillər olur. Tolstoy demiş, bütün xoşbəxt insanlar bir-birinə bənzəyir, bədbəxt insanlar isə hərəsi müxtəlif cür bədbəxt olur.






