Mbappe dekabrın əvvəlində Ronaldonu geridə qoya bilər
Hər kəs Kriştiano Ronaldonun "Real"dakı qol vurma nailiyyətlərinə heyran qalır, elə deyilmi?
Bəs Kilian Mbappe portuqaliyalı oyunçunun rekordunu keçdikdə fikriniz dəyişəcəkmi?
Loading.aZın xarici mətbuata istinadla xəbərinə görə, o, bunu bu ayın əvvəlində edə bilər.
Kriştianonun "Real" üçün bir təqvim ilində ən yüksək qol sayı 2013-cü ildə olub, o, 59 qol vurub.
Onun Madrid klubundakı ən yaxşı beş ili:
- 2013-cü il: 59 qol;
- 2012-ci il: 58 qol;
- 2014-cü il: 56 qol;
- 2015-ci il: 54 qol;
- 2011-ci il: 53 qol.
Lakin Mbappe artıq 54 qol vurub. Onun dekabr ayında "Real" üçün daha beş oyunu var: “Atletik Bilbao”, “Selta Viqo”, “Mançester Siti”, “Alaves” və “Sevilya” ilə.
O, Kriştianonu üstələyəcəkmi?







