ice berg

ice berg Münasibətlər 7-12-2025, 15:00

Boşanmanın hansı yaşlarda travma riski daha böyükdür?

Boşanmanın hansı yaşlarda travma riski daha böyükdür?

Son illər boşanmaların sayı artıb. Artıq mütəxəssislər bununla bağlı müxtəlif fikirlər səsləndirir, çözümlər təklif edirlər. Ancaq problem daha da ciddiləşir, boşanma prosesi günü gündən artır. Təəssüf ki, bu haldan əziyyət çəkənlər uşaqlar olur.

 

Psixoloq Aynur Əliyeva deyib ki, boşanma prosesi ən çox uşaqlara təsir edir: 

 

"Ata-ananın boşanması uşaqların psixoloji vəziyyətinə, yaşlarına görə təsir edir. Bir-üç yaş arası uşaqlar boşanma vəziyyətini başa düşməsələr belə, onların psixoloji vəziyyətlərində dəyişiklik baş verir.Boşanma prosesində 6-11 yaş arası uşaqlar özlərini aldadılmış hiss edirlər. 12-16 yaş arası uşaqlarda isə əsəb, hirs, kin, təcavüzkarlıq, özünəqapanma halları, diqqət toplamaqda çətinlik çəkmək, insanlara qarşı güvənsizlik, sosial fobiya kimi psixoloji narahatlıqlar görünə bilər. Uşağın boşanmadan daha az təsirlənməsi üçün bütün tədbirlər görülməlidir. Belə bir vəziyyətdə mütəxəssisdən kömək alınması həm ana, həm ata, həm də uşaq üçün faydalı ola bilər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
183 194 200 161 160 217

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.