ice berg

ice berg İdman 8-12-2025, 15:00

"Qarabağ"la oyun öncəsi "Ayaks"ın heyətində ciddi İTKİLƏR

"Qarabağ"la oyun öncəsi "Ayaks"ın heyətində ciddi İTKİLƏR

"Ayaks" komandasının iki əsas futbolçusunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda Bakıda "Qarabağ" ilə keçirəcəyi oyunda iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

 

Loading.aZ xəbər verir ki, bu barədə klubun baş məşqçisi Fred Qrim açıqlama verib. O bildirib ki, komandanın 23 yaşlı yarımmüdafiəçisi Kennet Teylorun vəziyyəti barədə son qərarı həkimlər verəcək.

 

Bundan əlavə, "Ayaks"ın əsas hücumçusu Vaut Veqhorst Niderland çempionatında "Fortuna" ilə görüşdə (3:1) zədələnərək birinci hissədə oyunu tərk edib. Onun da Bakıda "Qarabağ" ilə qarşılaşmada oynayıb-oynamayacağı dəqiq deyil.

 

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu 10 dekabr tarixində Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
177 189 192 170 174 174

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.