ice berg

ice berg Məşhurlar 9-12-2025, 13:00

Hande Erçel “Dünyanın ən gözəl aktrisaları” siyahısında

Hande Erçel “Dünyanın ən gözəl aktrisaları” siyahısında

Hande Erçel IMDb-nin “Dünyanın ən gözəl aktrisaları” siyahısında Türkiyədən seçilən yeganə aktrisa olub.

Loading.az xarici mediaya istinadla xəbər verir ki, dünyaca məşhur kino məlumat bazası hər il yenilənən siyahını açıqlayıb. Bu il də Hollivud və Asiya kinosunun məşhur simaları ön sıralarda yer alıb.

Siyahının zirvəsində Marqot Robbi qərarlaşıb. Onu Şailene Vudley, Dilraba Dilmurat, Nansi Makdonie və Kriti Sanon izləyib. Hande Erçel isə 10-cu pillədə qərarlaşaraq bir çox dünya ulduzunu arxada qoyub. Türkiyəli aktrisa həm Marqot Robbi, həm Emma Vatson, həm də Ana de Armas kimi beynəlxalq şöhrətli adların yer aldığı siyahıda özünə yer taparaq diqqət çəkib.

IMDb-nin populyarlıq göstəriciləri və istifadəçi rəyləri əsasında hazırlanmış siyahı, Erçelin beynəlxalq səviyyədə artan fan kütləsini bir daha ortaya qoyub. Bununla da o, siyahıda Türkiyəni təmsil edən tək aktrisa olaraq böyük uğura imza atıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
230 183 249 204 174 228

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.