Hara Tələsirik?!
Hara Tələsirik?!
Evin pəncərəsindən çölə baxıram...
Hamı necə də tələsir. Biri çörək almağa, biri işinə, biri məktəbə, biri həkimə. Hərə bir istiqamətə gedir, amma hamı tələsir. Sanki hər kəs bir yarışdadır. Hara tələsirik belə?
Küçədəki insanların addımları sürətlidir. Üzlərində qəribə bir gərginlik var. Əllərində telefon, qulaqlarında musiqi, gözləri yolda... Amma heç biri ətrafına baxmır. Həyatımızda bir axın var, bu axınla gedirik. Kimi bu axının içində yolunu tapır, kimi isə boğulur.






