"Özümlə 12 ayın hesabatı"
(Artıq ilin son ayıdır)
12 ay boyunca nələr oldu, nələr keçdi...
Gələnlər, gedənlər, mənasız insanlar, güvənsizliklər, saxta gülümsəmələr, özümü saldığım səhv vəziyyətlər, peşmançılıqlar, bəlkələr və boşuna ümidlər... Ümid edirəm, artıq ağıllanmıșam.
Hər zaman yaxşı insan olmaq üçün çalışdım, içimdə dözdüm, şükür etdim amma bu dəfə üsyanım elə özümədi.
Bəzi səhvlərin, bəzi yolların və bəzi insanların geri dönüşü olmur.
Deyiləsi çox söz var, amma hər zaman eytiyimiz şeyi etdik, bu dəfə də içimizə atdıq...






