"Ümüdə aparan yoL..." Kukulka iLə maraqLı müsahibəm ^^

SaLam əzizLərim!Necəsiz? Bu mənim artıq hazırLadığım 2-ci müsahibəmdir.Və bu işdə mənə bu dəfə köməkçi Kukulka niki oLdu :) Bu dəfə ki,müsahibim KukuLka nikidir.Ümidvaram bəyənərsiz ^^

1)Adın Soyadın?
Hüzeynzadə Aysun

2)Təvəllüdün?
1996 _cı il

3)Kənardan deyilən fikirlərlə razılaşan Kukulka ya özünə məxsus fikirlərini açıq şəkildə deyə bilən Kukulka?
Baxır vəziyyətə amma yenədə .Özünə məxsus fikirləri söyləyən Kukulka

4)Səninçün əsl qadın xoşbəxtliyi nələrdən və ya kimlərdən ibarətdir?
Mənim üçün əsl qadın xoşbəxtliyi birinci qadının özündə olmalıdı..Gərək bu ozuldə olsun



5)Hər hansısa bir iş görərkən dərinliyə getməyi sevirsən ya daha asand yollarla işi həll etməyi?
Dərinliyinə getməyi sevirəm ..Lazım gələrsə həftələrlə o işin üzərində dayanaram ..

6)Qərarlar verərkən düşüncəndə olan sənin xoşbəxtliyindi yoxsa "Kim nə deyər" prinsipi?
Təbii ki mənim xoşbəxtliyim...Ətrafdakılar məni cuzi də maraalandırmır.Dörd baramağları məni göstərsə əlbət biri də özlərini göstərəcək..

7)Hər birimizin həyatında bəzən elə anlar olurki istədiyimiz hər hansısa bir şey alınmayanda Tanrıya üsyan edirik.Mənim "bəzən" dediyim səndə də bəzən olur ya daha çox?
Əvvəl uşaq vaxtı olurdu məndə..Amma yaş artdıqca olmur..Nədə alınmırsa üzülmürəm artıq ..Düşünürəm ki məsləhət belə imiş...  :smile_girl:

8)Ömründən ötən hər saniyəni qiymətli dəyərləndirə bilirsən yoxsa su kimi axıb getməyinə göz yumursan?
Səmərəli qiymətləndirirəm.Adicə günortanı yatmıram mən.Düşünürəm ki onsuz ömür boyu yatacamda mən aylar ,illər,qərinələr boyu...



9)Sırf gülün gözəlliyini daha da yaxından hiss edə biləsən deyə tikanının səni incitməyinə razı olardın?
Yox olmazdım.Ümumiyyətlə mən özümü sevən insanam..

10)Həyatından 1 film çəkilsəydi və filmin matajçısı sən olsaydın mantaj eləmək istədiyin yerlər çoxmu olardı?
Çox deməyək amma 1,2 yer varda

11)"Diqqət et gör hardan-hara gəlmisən
Ən uzun cümləyə sığmayan adam,
Kiçik bir nöqtəyə sığa bilmisən"-kimi bir misraları demək istədiyin biri olub?
Demək istədiyim biri olub və elə demişəmde .Həkim mənə deyib ki ürəyində heçnə saxlama :blum_girl:

12)Həyat adlanan teatrda sənə verilən roldan razısan?
Allaha Min Şükür razıyamm..



13)Həyat səninçün günahsız bir uşağın "pulunuzu mən oğurlamadım" gerçəyini sübut edə bilməyəcəyi qədər çətindi yoxsa varlı birinin lüks mənzilində oturub xidmətçisinə "1 qəhvə gətir özüdə köpüklü olsun" Deyəcək qədər asand?
Həyat çox qəlizdir .Həmdə çox..

14)Sevgidən nifrətə 1-cə addımdı deyirlər.Sən hər xırda səhvdə bu addımı asanlıqla atardın yoxsa yerində qalmaqçün əlindən gələni edərdin?
Xeyr atmazdım əziyyətle o yerə gəlmişəmsə hər xırda səhfə görədə gedenlərdən deyiləm..

15)Ağacdan kağız istehsal edib üzərinə "Ağacları qoruyun" yazılan bir cəmiyyətdə yaşayan insan kimi bu cəmiyyətə münasibətin necədir?
Cəmiyyətə münasibətim yaxşıdı.İnsanlara pisdi.Cəmiyyətdə bir günah görmürəm..

16)"Bu sondu" dediyin vaxtlarda ən başa qayıtdığın anlar olub?
Xeyr olmuyub..Çünkü mən heç vaxt SoN sözünü deməmişəm..Daima Pozitivəm.. :dance_girl:



17)Virtualda tanıdığın və həmsöhbət olduğun insanın sözlərindəki səmimiyyətə nə dərəcədə inanırsan?
Baxırda adamına görə yəni..

18)Burdakı hansı userləri realda da tanımaq istərdin?
Elə hamını kimlə ünsiyyətim varsa

19)Biraz da əvvələ gedək..necə bir uşaq olmusan,uşaqlığın necə keçib?
Uşaqlığım çox gözəl keçib. Amma çox dəcəl olmuşamm..Qardaşım belə məndən sakit olub. Ərköyn bir uşaq kimi böyümüşəm..

20)Balaca olanda o uşaq ağlınla nədən qorxurdun? ən çox qorxudan,tüklərini biz-biz edən nə olub?
Atamdan qorxurdum..Elə indidə.



21)İkimiz bir yerə getsək və oranı seçmək qərarı sənin olsa hara gedərik?
Dəniz qırağına gedərik..Sevirəm oranı..

22)Franz Kafka deyir ki;"Bir gün ölmək üçün hər gün yaşayırıq".İnsan həyatda 2 dəfə ölür.Və son nəfəsində də ağrı hiss edirsə deməli,hələ ölməyib,çünki ağrıdan həyatdır.Çətin günlərində etdiyin fədakarlıqlar nələrdir və peşman deyilsən?
Belə deyəkdə Şükür Allaha hələ ki elə bir çətinliyim olmuyub...Heçnəyə görə də peşman olmuram.Nə eləmişəm yaxşı eləmişəm və haqqına etmişəm..Mən düşünüb addım atıramm..

23)Müharibənin ən qızğın vaxtında cəbhədə döyüşən bir əsgər olduğunu düşün.Qəflətən düşmən gülləsinə tuş gəlsən və əbədiyyət qaçınılmaz olsa yaxınındakı əsgər yoldaşlarına deyəcək sözün nə olardı?
Mən getdim özünüzdən muğayət olun. :bye_girl:

24)Təbəssüm.Bu,səndə qısaca əşşi deməkdi ya razılıq əlaməti?
Çox vaxt yola vermək mənasında gülümsünürəm..Yəni açıl başımdan..



25)Tez-tez "ölüm" sözünün keçdiyi suallar verirəm amma mənim üçün ölüm əbədi yaşamın ilk mərhələsidir.Yaşadığın il ərzində neçə dəfə qocalmısan ya da əbədiyyət sənin üçün nə ifadə edir?
Ümumiyyətlə mənim üçün əbədiyyət yoxdur..Heç bəşəriyyət əbədiyyət deyil.Hansı əbədiyyətdən sohbət gedə bilər..Nəyin nə olacağı necə olacağı bilinməz..Və hələki məni qocaldan bir şey yoxdu..

26)Hava,od,su və torpaq;bu 4 elementdən hansı olmaq sənin üçün kifayət edər? Hamının hiss etdikləri qövmündə və görkəmində dəyişiklik yaratmır.əsas ruh bunları hiss edir.Və biz hamımız insan cildində ruhlarıq,əgər həqiqətən də hiss etməyi bacarırıqsa.Ruhun külək olub hansısa bir alovu körükləndir?r ya su olub sonsuzluqda rəqs edər?Yoxsa torpaq olub min illərlə sirlər saxlayar?Və ya od olub hər şeyə son qoyar?
Su olub sonsuzliqda rəqs edər

27)Kitab yazarı olsaydın kitabının adı nə olardı? Lev Tolstoy kimi 12 cildlik kitab olmasa da, yazsan öz həyatında öyrəndiklərini yazardın yoxsa ümumiyyətlə başqasının həyatını?
Öz həyatımdan yazardım.Adınıda belə qoyardım: Ümüdə aparan yol..

28)Marsdakılar deyir;"Narahat olmayın,Mars hücum etməyəcək,siz özünüzü və öz planetinizi öldürməklə onsuz da yaxşı iş görürsünüz".Bizdən ağıllıdılar,hə..;) Səncə biz özümüzü necə öldürürük,məcazi mənada?
Mən bir söz deyimdə indiki insanlar çox ümüdsüzdülər..Adicə 15,16 yaşı var yeniyetmedi də elə danışır ki elə bir ömrünün son günüdür..O da bilmir ki görəcək günlər qabağdadıre ..Hələ bu harasıdı?..Bu hələ fraqmantdi bunun kinosu hələ qabağdadır..Bir sözlə ümüdsüzlük insanı öldürür ..Pozitiv olunn;)



29)Mahnıların yaşam qaynağı olduğunu tez-tez litota ilə Ifadə edirik.Azan kimi bütün insanlığa oxunmasa da ,elə bir mahnı olubmu ki, dərində basdırdığın yaralara sarğı olsun?
Şükr Allaha dərdim yoxdu.Və bu səbəbdən də yaralarımı saracaq mahnıyada ehtiyac yoxdu..

30)Bəzi xatirələr var..İtirilmiş vüqarlar..həyat axıb gedərkən sənin sən olub ağlından keçən gözəllikləri etdiyin vaxtlar olub?
Bu suali nəsə başa düşmədim..

31)Həyat şahmat oyunundakı kimidir.Oyun qurtarandan sonra şah və vəzir eyni qutunun içinə girir.Amma bir şey maraqlıdı ki,yenidən oyuna başlayanda şah şahlığını edir,vəzir də vəzirliyini.Və bu oyunda elə belə də olmalıdır.Səncə insanlar bilə-bilə həyatda dikbaşlılıq edirlər yoxsa onlar buna məcburdur? Ya da tanıdığın birinin dediyi kimi;"əllər var dolu qızılla,dolu üzüylə,deyil xoşbəxt".
Məcburdular..Şərait yaradırlar ki dikbaşlıq edirlərdə..

32)Hamı düşünür ki,quşlar azad varlıqlardır.Çünki hər yerə uça bilərlər.Və sual verirlər ki,quşlar hər yerə Gedə biləcəykən niyə eyni yerdə qalırlar?Bu sualı sənə verirərm.Niyə yaşadığın yerdəsən,səni orda tutan nədir?
Çünkü mən elə buralarda qalmaq istəyirəm..Əsas səbəb mənim bunu istəməyimdir..



33)Loading.az ailəmizin bir fərdi kimi ailəmizə və onun üzüvlərinə nə arzu edərdin?
Ooooo gözəl sual :Sayt əhli sizlərə uzun ömür can sağlığı arzu edirəm.Daima mehriban olaq.Bir birimizə ən əsası hörmət etməyi bacaraq..

34)Və sonda suallarım haqqında fikirlərivi öyrənmək istərdim.Buyur:
Ürəyim sənəde öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm..Sualların hamısı məntiqli suallar idi çox xoşuma gəldi ..Bir daha çox sagol..


Sən çox sagoL ki,bacım qəbuL edib cavabLandırdın!^^ :love:







