Qadınların hamısı çiçək kimidir.
Amma çiçəklərin heç də hamısı təravətli olmur, solmuşu, qurumuşu, toza-torpağa bulaşmışı olur.
-Çiçəyin təravətli olmasını istəyirsənsə, ona daim qulluq etməli, nəvaziş göstərməlisən.
Sən indiyə qədər gördüyüm çiçəklərin ən təravətlisisən. Ərin də yoxdur, sənə kim nəvaziş göstərir ki, belə olmusan?
-Nəvaziş göstərənim olmaya bilər, amma tapdalayanıb əzənim və üstümə qaynar su töküb solduranım da yoxdur...






