Abbas Məmmədov

Abbas Məmmədov özünü 😉 kreativ hiss edir. Müxtəlif 22-12-2025, 08:00

(Hər yaşın bir hekayəsi var, bəs sən hansı yaşdasan?) 🙂

(Hər yaşın bir hekayəsi var, bəs sən hansı yaşdasan?) 🙂

23 yaş - Sevgini daha dərindən hiss etdiyin yaşlardasan. Qəlbinin ən kövrək halını göstərdiyin, amma eyni zamanda ən güclü duruşu öyrəndiyin zamanlardır.
24 yaş - Yorğunluq başlayıb, həyatın ciddiyyəti üzünü göstərməyə başlayıb. Amma unutma, indi verəcəyin əməklər sabahın rahatlığı olacaq.
25 yaş - Həyatın ciddiyyətini ilk dəfə bu qədər aydın hiss etdiyin yaş. Artıq nə uşaq sayılırsan, nədə tam böyümüş hiss edirsən. Yarım qalmış xəyallarınla yeni qurduğun ümidlərin arasında gedib-gəlirsən. Bəzi dostluqlar səssizcə bitir, bəziləri isə kök salır. Hələdə aşka inanmaq istəyirsən, amma əvvəlcə rahatlığı seçirsən. Ən çox da özünü tanımağa çalışırsan. Və bəlkə də ilk dəfə anlayırsan ki, bu həyatda ən dəyərli şey, "Həqiqətən özünü yaxşı hiss etməkdir"
26 yaş - Bəzən nə istədiyini səndə bilmirsən. Bir gün ümidlisən, ertəsi gün ümidsiz. Bu eniş-yoxușlar səni yorur, amma buda keçəcək. Özünə qarşı daha mehriban ol. Hər şeyi bilmək məcburiyyətində deyilsən, sadəcə hiss etməyin kifayətdir.
27 yaş - Artıq daha az danışırsan, çünki çox şey öyrənmisən. İnsanları yox, enerjiləri seçirsən. Yanında olanları yox, yanında qala bilənləri önəmsəyirsən. Özünü kiçiltməkdən sevməyi öyrənirsən. Ən büyük uğur da budur əslində.
28 yaş - Bəzi şeyləri içindən ata bilmirsən, bəzilərini isə heç unuda bilmirsən. Amma artıq susmaq səni tükətmir. Səssizliyin belə güclüdür. Gedənlərə üzülmək yerineu, qalanlara daha çox dəyər verirsən. Bu yaşda ən çox özünə təşəkkür etməlisən.
29-yaş Bəlkə hələ bağlanmamıș dəftərlərin var, amma artıq yeni səhifə açmağı da bilirsən. Əvvəllər incidikdə içinə atardın, indi isə yüksək səslə dilə gətirirsən. Buda bir inkişafdır. Həyat çətindir, amma sən daha güclüsən. Və bunu hər keçən gün sübut edirsən.
30 yaş - Artıq zamanla yarışmırsan. Bu yaş özünlə barışma zamanıdır. İnsanların nə dediyi yox, sənin nə hiss etdiyin önəmli olur. Yetkinlik dediyin şey ;susmaq lazım olan yerdə susmaq deyil, içini incimədən yoluna davam edə bilməkdir. Bunu öyrədin.
31 yaş - Bir çox şey üçün "olmazsa olmaz" dediyin yaşlar keçdi. İndi daha sakit, daha seçici birisən. Daha az, amma daha gerçək dostluqlar axtarırsan. Kalabalıq yox, səmimiyyət istəyirsən. Qəlbini heç kimə zorla açmırsan artıq. Buda bir gücdür.
32 yaş - Qəlbin hələ də heyacanlana bilir, amma ağlın daha ehtiyatlıdır. Əvvələr sevgi üçün hər şeyi gözə alırdın, indi isə rahatlıq üçün bəzi sevgilərdən imtina edirsən. Gözlərinin içi gülsün istəyirsən artıq, rolsuz, içdən. Və bu çox qiymətlidir.
33 yaş - Artıq həyatını başqalarına görə formalaşdırmırsan. Yorulursan, amma təslim olmursan. Çünki artıq nəyə dəyib, nəyə dəymədiyini çox yaxşı bilirsən. Heç kimə izah etməyə çalışmırsan, çünki özünü sən tanıyırsan. Yetərlidir.
34 yaş - Artıq bəzi şeyləri zorlamırsan. "Getsin" deyirsənsə gedir "Qalsın" deyirsənsə qalır. Qəlbin daha sadə, zehnin daha aydındır. Ən böyük lüksün artıq rahatlıqdır. İnsanlardan yox, duyğulardan uzaq durursan. Çünki səni ən çox olar yorur.
Və nəhayət 35 ci yaş, düşünürəm burda stop edim çünki inanmıram saytımızda 35 dən yuxarı yaş olsun)
35 yaş - Həyat sənə səbirli olmağı, susmağı və güclü olmağı öyrətdi. Bəlkə hərşey qaydasında deyil, amma sən artıq yolun özüsən. Ümidini içindən alıb günə daşıyırsan. Yaşadıqlarınla barışmısan. İndi sadəcə daxili rahatlığını qorumaq dərdindəsən...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
180 197 174 185 250 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.