Getmə uzaqlara gəl QARA GÖZLÜM

[media=https://youtu.be/iurB1Pikftg]
OĞLAN:
Bu nə məhəbbətdir
Bu nə məhəbbətdir
Mən subay oğlan
Sən özgə bir ocaqda gəlin
Düşünürəm düşünürəm
Görən kimdi günahkar
hər dəfə əlinə dəydikcə əlim
Tez yığıb nömrəni zəng eləyirik
Hər evə gələndə heç əyləşmədən
Gündə bir yalanla çıxırıq evdən
Heç sonunu fikirləşmədən
Bir gün açılacaq hər şeyin üstü
Kədər öz qoynuna alacaq bizi
Səhər görüşləri gecə zəngləri
Bir gün öz toruna salacaq bizi
Gəl görüşməyək biz günü sabahdan
Qeyd edək ilk günün siftəsini biz
Mən də bu görüşə qara xətt çəkim
Səndə bu görüşün nöqtəsini qoy

QIZ:
Getmə uzaqlara gəl qara gözlüm
Sənin həsrətinlə dayanmaz könlüm
Sevgini ver mənə gəl etmə zülm
səndə muradına ər qara gözlüm

OĞLAN :
Eh deyirik sevgidi bu Məhəbbətdir bu
Bilərək yalanla barışırıq biz
Mən subay oğlan sən evli gəlin
Hansı məhəbbətdən danışırıq biz

QIZ:
Yanmışam Yanmışam mən Yanmışam yar
Neyləyim ki sənə mən bağlanmışam yar

OĞLAN:
Daha mən sənlə görüşməyəcəm
Bu öz vicdanımın məsləhətidi
Onsuzda bu görüş daimi deyil
Onsuzda bu görüş müvəqqətidir
Daha sual etmə soruşma məndən
Hanı o sevginin istəyin ardı
Sadəcə gəl düşün səndə mənim təki
Bu da bir səhv idi
Oldu qutardı oldu qurtardı....

QIZ:
Yanmışam Yanmışa mən Yanmışam yar
Neyləyim ki sənə mən bağlanmışam yar






