Nə olar

Nə olar
Nə olar

Səndən yeni görüş istəmərəm mən,
özün rəhm eyləyib-gəlsən,nə olar!...
Ürəyimin qanı axdı gözümə,
zərif əllərinlə silsən, nə olar!...

Dünya başqa olur-insan sevəndə,
gərək yüz ölçəsən,könül verəndə...
Hər dəfə demirəm,məni görəndə,
bircə yol üzümə gülsən,nə olar!...


Ayrlıq-könlümün sarı simidir,
eşqim-fırtınaya düşmüş gəmidir...
Sevdiyim,yaxın gəl,hicran dəmidir,
ömrün möhnətini bilsən,nə olar!...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
612 728 606 633 623 584

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.