Pedri ən yaxşı altı futbolçunu AÇIQLADI: İkisi "Barselona"da komanda yoldaşıdır
"Barselona"nın yarımmüdafiəsinin lideri Pedri hazırda dünyanın ən yaxşısı hesab etdiyi altı oyunçunun adını çəkib.
"Mbappe, Yamal, Salah, Haaland, Rafinya və Xulian Alvarez dünyanın ən yaxşılarıdır".
Loading.aZın xarici mətbuata istinadla xəbərinə görə, o, onlardan birinə qarşı oynamaqdan qəti şəkildə imtina edib:
"Yamaldan başqa hamısına qarşı gücümü sınamaq istəyirəm. Hələ onlarla qarşılaşmadığım üçün Erlinq və Məhəmməd ilə yarışmaq daha çox maraqlıdır".







