Crazy_GirL

Crazy_GirL Mətbəx 10-10-2017, 15:33

Mətbəx sirləri: Limonlu pirojnalar

Mətbəx sirləri: Limonlu pirojnalar





Mətbəx sirləri: Limonlu pirojnalarTərkibi:

xəmir:

225 q un
80 q şəkər tozu
140 q soyuq kərə yağı
1 x.q. süd

iç:

2 limonun şirəsi və sedrası
150 q şəkər tozu
2 yumurta
20 q un

üzərinə:

şəkər pudrası

Un, şəkər tozu və kərə yağını blenderə qoyun. Ovuntuq alınanadək xırdalayın, süd əlavə edib yenə çalın.

Xəmiri formaya döşəyin, kənarlarını qaldırın. Xəmirin üstünə perqament çəkin, yük qoyun (adətən, quru lobya tökürlər). 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

İç:

blenderdə limon şirəsi və sedrasını, şəkər tozunu, yumurta və unu qarışdırın.

Formanı sobadan çıxarın, perqamenti üstündəkilərlə birlikdə götürün. İçi korjun üstünə tökün, hamarlayın. Formanı yenidən sobaya qoyub 20-25 dəqiqə bişirin.

Soyudun. Üzərinə şəkər pudrası səpib doğrayın.

Nuş olsun!




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
665 668 605 560 625 574

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.