ice berg

ice berg İdman 2-01-2026, 14:22

“Çelsi”də baş məşqçi postuna ən real namizəd

“Çelsi”də baş məşqçi postuna ən real namizəd

Xəbər verdiyimiz kimi, “Çelsi” baş məşqçi Enzo Mareska ilə yollarını ayırıb. İtaliyalı mütəxəssis klub rəhbərliyi ilə layihənin inkişafı ilə bağlı baxışlarda razılığa gələ bilməyib, bir sıra uğursuz oyunlar isə son damla olub.

 

Loading.aZ xarici mediaya istinadla bildirir ki, artıq “zadəganlar”ın yeni baş məşqçi postuna bəzi namizədlər irəli sürülüb.

 

Bukmekerlərdə favorit kimi hazırda Fransanın “Strazburq” klubuna rəhbərlik edən Liam Rosenyor göstərilir. Onun “Çelsi”yə təyinatına 1.90 əmsalı ilə mərc etmək mümkündür. Analitiklər Rosenyiorun klubun yeni baş məşqçisi olacağına demək olar ki, əmindirlər. Digər namizədlər üzrə əmsallar xeyli yüksəkdir.

 

Belə ki, Xavi üçün əmsal 9.00, Andoni Iraola üçün 11.00, Sesk Fabreqas üçün isə 13.00 olaraq qiymətləndirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
166 169 161 198 190 163

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.