AzizA

AzizA Maraqlı 3-01-2026, 22:30

Avropanın gözəl bir şəhərində demək olar ki, turist yoxdur - SƏBƏB

Avropanın gözəl bir şəhərində demək olar ki, turist yoxdur - SƏBƏB

Sahilə yaxın yerləşən bu şəhərdə həyatın ritmi sakit və tələsməzdir.

Avropa möhtəşəm tarixi şəhərlərlə zəngindir, lakin çox vaxt bu yerlər turistlərlə həddindən artıq dolu olur. Əgər siz məşhur marşrutlardan kənarda, daha sakit bir məkan axtarırsınızsa, bu şəhər ideal seçimdir. Sloveniyanın İzola şəhərini Avropanın ən az qiymətləndirilən istiqamətlərindən biri adlandırıb. Piran ən çox diqqət çəkənlərdən biridir. Portoroz isə daha çox dəbdəbə təqdim edir, Koper isə ən praktikdir. Amma bu bölgəni yaxşı tanıyanlar sizə deyəcəklər ki, Sloveniya sahillərinin ən parlaq göründüyü yer məhz İzoladır.

Qeyd olunur ki, sahilə yaxın yerləşən bu şəhərdə həyatın tempi olduqca sakitdir. Məqalədə bildirilir ki, “İzola sözün əsl mənasında Venesiya zərifliyi ilə hopub. Onun dar və dolama küçələri isə daha məşhur sahilyanı məkanlarda artıq itmiş gündəlik həyat səhnələrini, sevimli kafeləri və romantik restoranları gizlədir”.

Bu ərazidə turistlərin nə ilə məşğul ola biləcəyi onların maraqlarından asılıdır. Məsələn, Svetilnik çimərliyini ziyarət etmək olar. Bu, sahilin mənzərəli bir hissəsidir. Oranı ziyarət edənlərdən biri Tripadvisor saytında yazıb:

“Sloveniyada çimərlik istirahəti üçün əla məkandır. Biz Piran, Koper və Fiesa çimərliklərində olmuşuq, amma bu çimərlik ən yaxşısıdır. Burada çox təmiz tualetlər, kiçik barlar və dondurma var. 5 avroya şezlonq icarəyə götürmək mümkündür və istər otun üstündə, istər taxta, istərsə də daş üzərində uzana bilərsiniz. Suya giriş üçün yaxşı şərait var. Bizcə, bu, ən yaxşı çimərlik idi”.

Vacib məqam odur ki, şəhər bununla məhdudlaşmır və onu kəşf etməmək mümkün deyil.

Ziyarətçilər burada evləri, kafeləri, mağazaları, qalereyaları və kilsələri, eləcə də Mantsioli meydanını və Müqəddəs Mavr kilsəsinin zəng qülləsini görə bilərlər. Bu qülləyə qalxaraq şəhərin və dənizin mənzərəsindən zövq almaq mümkündür. Time Out əmin edir ki, Sloveniyanın bu möhtəşəm guşəsi 2026-cı ildə mütləq ziyarət olunmağa layiqdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
181 164 179 205 157 140

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.