ice berg

ice berg Qadın Dünyası 4-01-2026, 11:00

Alman və rus qadınların fərqi: Mübahisə yarandı

Alman və rus qadınların fərqi: Mübahisə yarandı

Rusiyada səfərdə olan alman qadın rus qadınlarının qarşılaşdığı əsas sosial problemi diqqətə çatdırıb.

LOADİNG.AZ xəbər verir ki, onun fikirləri “Zen” platformasında “Valerie Light” bloqunda dərc olunub.

Yelena adlı rus qadın almaniyalı rəfiqəsi Katarinanı Voronejə dəvət edib. Alman qadın səfər zamanı rəfiqəsinin gündəlik həyatını müşahidə edərək qeydlər aparıb.

“Rusiyada ailə həyatı bir qədər ədalətsiz prinsiplər üzərində qurulub. Qadınlardan həm mükəmməl görünmək, həm işləmək, həm də ev işləri və uşaqlara baxmaq tələb olunur. Kişilər isə işdən sonra sadəcə dincəlirlər. Rus qadınları gözəldirlər, amma özlərinə dəyər verməyi unudurlar”, - deyə Katarina bildirib.

O əlavə edib ki, Avropada cütlüklər adətən eyni səviyyədə gəlir əldə edir və ev işlərini bölüşürlər. Lakin rusiyalı qadın bu yanaşma ilə razılaşmayıb.

“Düzdür, Rusiyada ailə modeli qadınları müəyyən qədər azadlıqdan məhrum edir, amma onlara rahatlıq və təhlükəsizlik verir. Qadınlar burada maddi cəhətdən kişilərdən asılıdır, lakin bunun müqabilində qayğı və sabitlik əldə edirlər”, - Yelena yekunlaşdırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
210 224 174 243 191 203

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.