AzizA

AzizA İdman 6-01-2026, 10:30

Amorim “Mançester Yunayted”dən qovuldu

Amorim “Mançester Yunayted”dən qovuldu

"Mançester Yunayted" portuqaliyalı məşqçi Ruben Amorimi baş məşqçi vəzifəsindən kənarlaşdırıb.

Bu barədə xəbər ingilis klubunun X sosial media səhifəsində açıqlanıb.

"Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 20 oyundan 31 xalla altıncı yerdədir. Darren Fletçer qarşıdakı oyunlarda müvəqqəti baş məşqçi vəzifəsini icra edəcək.

Amorim 2024-cü ilin payızında "Mançester Yunayted"in rəhbərliyinə keçib. Ötən mövsümü 40 yaşlı portuqaliyalı məşqçinin komandası Premyer Liqada 15-ci yerdə başa vurub. "Qırmızı şeytanlar" Avropa Liqasının finalına yüksəlib və orada "Tottenhem"ə məğlub olub.

Amorim "Mançester Yunayted"ə keçməzdən əvvəl Portuqaliyada "Kaza Piey", "Braqa" və "Sportinq Lissabon" klublarında çalışıb. "Sportinq"lə iki dəfə Portuqaliya liqasını və kubokunu, həmçinin Portuqaliya Super Kubokunu qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
143 165 173 163 189 154

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.