ice berg

ice berg İdman 6-01-2026, 13:00

Mbappe Superkubok oyunlarında "Real"a kömək edə bilməyəcək

Mbappe Superkubok oyunlarında "Real"a kömək edə bilməyəcək


"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya Superkubokunun yarımfinalında "Atletiko Madrid"ə qarşı keçiriləcək oyunu buraxacaq.

 

Loading.aZ xəbər verir ki, daha əvvəl İspaniya mətbuatı fransız futbolçunun zədəsini sağaldacağını və 8 yanvar tarixində baş tutacaq Madrid derbisində iştirak edəcəyini ehtimal edirdi. Lakin son məlumatlara görə, artıq bu ehtimal reallaşmayacaq. 27 yaşlı hücumçu “matrasçılar”a qarşı oynamayacaq.

 

Məlumata görə, Mbappe hətta Superkubok oyunlarının keçiriləcəyi Səudiyyə Ərəbistanına da komanda ilə birlikdə yollanmayacaq.

 

Qeyd edək ki, Kilian Mbappe cari mövsümdə keçirdiyi 24 matçda 29 qol vurub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
182 163 158 184 186 164

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.