ice berg

ice berg İslam Dini 7-01-2026, 17:00

Hicri-qəməri və hicri-şəmsi təqvimlər nəyə əsaslanır?

Hicri-qəməri və hicri-şəmsi təqvimlər nəyə əsaslanır?

Adından da göründüyü kimi, hər iki təqvimin kökündə hicrət hadisəsi durur. Həm hicri-qəməri, həm də hicri-şəmsi təqvim Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrətindən (miladi tarixlə 622-ci ilin iyul ayı) hesablanır. Hicri-qəməri təqvimdə günlər Ayın sferalarına əsasən təyin edilir. Belə ki, hicri-qəməri ayın əvvəllərində Ay hilal (aypara) şəklində olur, getdikcə bədrlənir, ayın sonuna doğru yenə hilal şəklinə düşür. Hicri-qəməri təqvimin adındakı birinci söz (hicri) onun hicrət hadisəsindən hesablandığını, ikinci söz (qəmər) isə Ay sistemi üzərində qurulduğunu göstərir. Hal-hazırda hicri-qəməri təqvim bəzi müsəlman ölkələrində rəsmi dövlət təqvimi kimi istifadə edilir. Orucluq, həcc kimi ibadətlər bu təqvim əsasında yerinə yetirilir. Hicri-qəməri il miladi ildən 10-12 il qısadır, çünki hilalın təzələnməsi üçün hər ay 29 və ya 30 gün çəkir. Bundan fərqli olaraq İranda hicri-şəmsi təqvimdən istifadə edilir. Hicri-şəmsi təqvimin də başlanğıcı hicrətdən – miladi 622-ci ildən hesablanır; lakin bu, Günəş təqvimidir. İlin başlanğıcı Novruz bayramı günü sayılır. Hicri-şəmsi təqvim də miladi təqvim kimi 365 gündən ibarətdir, dörd ildən-bir uzun il (366 gün) olur.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
202 233 242 224 233 184

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.