Erlinq Haaland “Mançester Siti”də 150-ci qolunu vurdu
"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının 21-ci turunda "Brayton"a qarşı (1:1) oyunda klubun heyətində 150-ci qolunu vuraraq şəxsi rekordunu qırıb.
25 yaşlı futbolçu bu mərhələyə çatmaq üçün bütün yarışlarda 173 oyun keçirməli olub. O, həmçinin 25 məhsuldar ötürmə edib.
Erlinq Haland 2022-ci ilin yayında Dortmund "Borussiya"sından "Mançester Siti"yə keçib.
"Transfermarkt" onun transfer dəyərini 200 milyon avro qiymətləndirir.







