ice berg

ice berg Texnologiya 9-01-2026, 14:00

"Apple"dan sürpriz: Bu da mümkün oldu

"Apple"dan sürpriz: Bu da mümkün oldu

Dekabrın əvvəlində yayımlanan renderlərdən sonra "Apple"nin qatlanan iPhone modelinin fotoları ortaya çıxıb.

 

Loading.aZ xəbər verir ki, görüntülər real dizaynı əks etdirən keyfiyyətli maketlərə aiddir.

 

Fotolara görə, cihaz qatlanmış halda kvadratabənzər və kompakt formaya malikdir, ölçü baxımından iPhone mini-ni xatırladır. Açıq vəziyyətdə isə ekran nisbəti iPad mini-yə oxşayır. Ən diqqətçəkən məqam isə ekran qatında görünən izin olmamasıdır.

 

Məlumata əsasən, xarici ekran 5,49 düym, daxili ekran isə 7,76 düym olacaq. Cihaz açıq halda 4,8 mm qalınlığa sahibdir. iPhone Fold-un dörd kamera, yan düymədə Touch ID və yalnız eSIM dəstəyi ilə təqdim ediləcəyi bildirilir.

 

Qiymətin 2000-2400 dollar aralığında olacağı, rəsmi təqdimatın isə 2026-cı ilin payızında keçiriləcəyi gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
206 225 203 195 184 186

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.