ice berg

ice berg İdman 10-01-2026, 14:00

“Real”ın əsas hücumçusu “Barselona” ilə sabahkı oyuna çıxmayacaq

“Real”ın əsas hücumçusu “Barselona” ilə sabahkı oyuna çıxmayacaq

“Real”ın hücumçusu Rodriqo Qoes İspaniya Superkubokunun finalında “Barselona”ya qarşı oyunda meydana çıxa bilməyə bilər.

 

Loading.aZ xarici mediaya istinadla bildirir ki, futbolçunun budun arxa əzələsində (hamstring) problem yaranıb və bu səbəbdən ağrılar hiss edir. Bu gün braziliyalı oyunçu tibbi müayinədən keçəcək.

 

Müayinənin nəticələrinə əsasən onun meydana çıxıb-çıxmayacağı dəqiqləşəcək.

 

İspaniya Superkubokunun həlledici final oyunu “Barselona” ilə “Real Madrid” arasında sabah, yəni yanvarın 11-də keçiriləcək.

 

Xatırladaq ki, turnirin yarımfinal mərhələsində “Real” Madrid derbisində “Atletico Madrid”i, “Barselona” isə “Atletik Bilbao”nu məğlub edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
191 194 170 191 198 159

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.