ice berg

ice berg İdman 12-01-2026, 17:00

Azərbaycan millisinin yeni baş məşqçisi açıqlandı

Azərbaycan millisinin yeni baş məşqçisi açıqlandı

Yunan-Roma güləşi üzrə milliyə yeni baş məşqçi təyin edilib.

 

Loading.aZ xəbər verir ki, Azərbaycan Güləş Federasiyası Olimpiya Oyunlarında ümumilikdə 4 qızıl medal qazanmış Məhəmməd Bəna ilə müqavilə bağlayıb.

 

Milli komandanın böyük məşqçisi vəzifəsinə Nurəddin Rəcəbov təyin edilib. Məşqçilər korpusunda Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzrətipur və Rəsul Cazini Dorçə də yer alıb.

 

Qeyd edək ki, İran yığması London-2012 Olimpiya Oyunlarında Bənanın rəhbərliyi altında 3 qızıl medal qazanaraq İran güləşində yeni rekorda imza atıb. Bu mütəxəssislə qonşu ölkənin komandası Tokio-2020 Olimpiadasında isə 1 qızıl və 1 bürünc medal qazanıb. 2011-ci ildə FILA (indiki UWW) tərəfindən dünyanın ən yaxşı məşqçisi ünvanına sahib çıxan Bəna İranda “Cəsarət” ordeni ilə təltif edilib.

 

O, dünya yunan-Roma güləşi tarixində ən uğurlu və nüfuzlu baş məşqçilərdən biridir. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
203 179 183 192 209 213

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.