AzizA

AzizA Texnologiya 16-01-2026, 10:30

“Google Pixel 10a” gələn ay satışa çıxa bilər - XÜSUSİYYƏTLƏR

“Google Pixel 10a” gələn ay satışa çıxa bilər - XÜSUSİYYƏTLƏR

Yayılan xəbərlərə görə “Google Pixel 10a” gözləniləndən tez; fevralın əvvəlində təqdim olunaraq ayın ortasında satışa çıxarıla bilər.

Bu addım “Google”un “Samsung Galaxy A” seriyası və “iPhone 17e” ilə rəqabət planının bir hissəsi sayılır.

“Pixel 10a”nın Obsidian, Mist, Lavender və Blackberry rənglərində təqdim ediləcəyi bildirilir.

Telefonun 6,28 düymlük FHD+ AMOLED (120 Hz) ekran, 5100 mAh batareya, 128/256 GB yaddaş, 48 MP əsas + 13 MP ultra geniş kamera və 13 MP selfi kamerası ilə təchiz olunacağı gözlənilir.

Prosessor tərəfdən isə yenilik olmayacağı, cihazın Tensor G4 çipi ilə davam edəcəyi bildirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
218 224 182 146 225 168

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.