AzizA

AzizA İdman 19-01-2026, 08:30

Mourinyodan "Real"a qayıtması ilə bağlı şayiələrə CAVAB

Mourinyodan "Real"a qayıtması ilə bağlı şayiələrə CAVAB

"Real"ın keçmiş baş məşqçisi Joze Mourinyo İspaniya futbol klubuna mümkün qayıdışı ilə bağlı şayiələri seriallarla müqayisə edib.

Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər "Real"a rəhbərlik edib.

Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında klub İspaniya çempionluğunu, İspaniya Kubokunu və İspaniya Super Kubokunu qazanıb.

Bundan əvvəl “Kral klubunun prezidenti Florentino Peresin portuqaliyalı mütəxəssisin komandaya geri qaytarmasını istədiyi bildirilib.

Yanvarın 12-də "Real" Xabi Alonsonun baş məşqçi vəzifəsindən azad edildiyini və onun yerinə Alvaro Arbeloanın gəldiyini açıqlayıb.

"Bu seriallara etibar etməyin. Yaxşı seriallar var, amma onlar çox uzun çəkir. Bir-iki bölümü qaçırsan və nə baş verdiyini anlamayacaqsan. Mənə etibar etməyin, mən seriallarda rol almıram", - Mourinyo bildirib.

Mourinyo 62 yaşındadır. "Real"dan əlavə, o, Portuqaliyanın "Porto", İngiltərənin "Çelsi", "Mançester Yunayted" və "Tottenhem", İtaliyanın "İnter" və "Roma" klubları, eləcə də Türkiyənin "Fənərbaxça" klublarında çalışıb. O, 2025-ci ilin sentyabr ayında ikinci dəfə "Benfika"ya baş məşqçi təyin olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
186 250 261 282 249 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.