Ümiddən danışma onu üzmüşəm
Zamannan soruşma, tamam bezmişəm,
Talehdən küsmüşəm, bəxtdən küsmüşəm,
Səninlə küsülü qala bilmirəm.
Hardasan, yolumu haradan salım¿
Hansı dərdin ağır, hansını alım¿
Dağıt viran elə, xaraba qalım
Səninlə küsülü qala bilmirəm.






