Körpələrin yuxu müddəti nə qədər olmalıdır?

Körpələrin yuxu müddəti nə qədər olmalıdır?
Körpələrin yuxu müddəti nə qədər olmalıdır?

İnsan həyatının ən az bilinən, ən sirli tərəfi bəlkə də yuxudur. Uşağın təməl fizioloji ehtiyaclarının başında əsasən, yuxu dayanır. Uşağa lazımlı yuxunun müddəti bəzi meyarlara bağlıdır. Bunlardan ən önəmlisi, uşağın yaşıdır. Balaca uşaqların yuxuya daha çox ehtiyacı olur. Yeni doğulan körpələr gündə orta hesabla 16-18 saat yataraq zamanlarının 80%-ni yuxuda keçirir. 1 yaşlı körpələrdə bu müddət 50%-ə enir. Yenə yuxunun ritmində və dərinliyində bir boyunca dəişiklilər baş verir.

İlk 3-4 həftə boyunca ortalama olaraq gündə 7-8 dəfə qısa dövrlər halında yatır. Altıncı həftədən etibarən qısa yuxuların yerini gündə 2-4 dəfə yenilənən uzun yuxu periodları alır. İyirmi səkkizinci həftədən etibarən körpələrin böyük bir əksəriyyəti bütün gecə boyu yatdıqları, buna əlavə olaraq 1 yaşına qədər gündüzlər də 2-3 dəfə qısa müddətlərlə yatdıqları müşahidə olunur. Ümumiyyətlə yetərli qəbul edilən yuxu müddəti 2-5 yaş üçün 13-15 saat, 6-8 yaş üçün 12 saat, 8-10 yaş üçün 11 saat və 10 yaşından yetkinlik müddətinə qədər 10-11 saatdır. Əslində, uşaqlıqda mümkün qədər çoz yatmaq yaxşıdır. Çalışın ki, uşaqlarınızı bacardığınız qəədrə çox yatırın.

Uşağın sağlamlığı, ikinci önəmli faktordur. Sağlam uşaqların eyni yaşdakı çəlimsiz və xəstə uşaqlara nisbətdə daha az yuxuya ehtiyacları olacaq.

Uşaq və gənclərdəki yuxu müddətinin yetkin və yaşlılara nisbətdə daha uzun olduğu, xüsusilə sürətli göz kürəsi hərəkətlərinin suveren olduğu EEQ (elektroensefaloqrammada) desenxronizasiya və yuxu görülməsi xarakteristikası ilə diqqəti çəkən REM yuxusunun müddəti daha uzun olur.

Yetkin insanın 7-8 saatlıq yuxusunun 1,5 saatını REM yuxusunun, yerdə qalan müddəti də sürətli olmayan göz kürəsi hərəkətləriylə EEQ dalğalarının sinxronizə olduğu NON-REM yuxusunun meydana gətirdiyi görünür. Yenə də, yeni doğulan körpənin orta hesabla yuxu müddəti olan 16-18 saatının yarısı REM yuxusundan keçir. REM yuxusu ilk 3-5 ay müddətində daha çox görünür və bütün yuxununu 40%-ni əhatə edərkən, yaşla azalır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
619 592 499 558 619 605

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.