AzizA

AzizA Maraqlı 2-02-2026, 08:30

Bir fincan çaydakı gizli təhlükə - Biz əslində nə içirik?

Bir fincan çaydakı gizli təhlükə - Biz əslində nə içirik?

Çayı faydalılığın simvolu hesab etməyə öyrəşmişik, çünki o sakitləşdirir, həzmə kömək edir və diqqəti toplamağa yardım edir.

Mütəxəssislərin rəyi bu içkini sevənləri təəccübləndirib.

Tədqiqatçılar bir litr çayın tərkibində 60-a qədər mikroplastik hissəciyin ola biləcəyini bildirirlər. Bu isə hər fincanda təxminən 12–15 hissəcik deməkdir. Müqayisə üçün qeyd olunur ki, energetik içkilərdə və qazlı suların tərkibində plastik demək olar ki, iki dəfə azdır.

Bu niyə baş verir?

Yüksək temperatur: qaynar su plastik qablaşdırma elementlərinin daha tez parçalanmasına səbəb olur.

Çay paketləri: müasir piramida və paket çayların bəziləri neylon yaxud bioplastik materiallardan hazırlanır. Bu materiallar qaynar suya mikrohissəciklər buraxa bilir.

“Take away” stəkanları: kağız stəkanların iç hissəsində nazik plastik örtük olur və bu da bir porsiyada əlavə təxminən 22 plastik hissəciyin yaranmasına səbəb ola bilər.

Mikroplastikin insan orqanizminə təsiri hələ tam öyrənilməsə də, laborator tədqiqatlar onu artıq iltihabi proseslər, hormonal pozuntular və bağırsaq mikroflorasının pozulması ilə əlaqələndirir.

Çayı necə daha təhlükəsiz içmək olar?

Sevdiyiniz içkidən zərər görməmək üçün mütəxəssislər bir neçə vərdişi dəyişməyi tövsiyə edir:

Dəmlənən, yarpaq çaya üstünlük verin: paket çaylardan imtina edib açıq, yarpaq çay istifadə etmək mikroplastik riskini azaltmağın ən etibarlı yoludur.

Şüşə və ya keramika qablar seçin: plastik qapaqlı kağız stəkanlardan və plastik qablardan uzaq durmaq tövsiyə olunur.

Vaxta diqqət edin: çayı yemək zamanı dərhal içməyin. Taninlərin vitamin və mineralların mənimsənilməsinə mane olmaması üçün yeməkdən 30–60 dəqiqə sonra içmək daha məqsədəuyğundur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
162 141 145 152 170 151

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.