AzizA

AzizA Məsləhətlər 12-02-2026, 20:30

Bir dəfə yumaq üçün nə qədər yuyucu toz lazımdır?

Bir dəfə yumaq üçün nə qədər yuyucu toz lazımdır?

“Yuma İncilçisi” kimi tanınan Patrik Riçardson daha effektiv yuma üçün bir sıra məsləhət və hiylələr paylaşıb. Ekspert bildirib ki, bizə lazım olan yeganə yuma rejimi “ekspress-sikl”dir və quruducu üçün istifadə olunan salfetlər əslində zərərlidir. O həmçinin qeyd edib ki, insanların çoxu yuyucu tozdan düzgün istifadə etmir və xüsusilə də normadan artıq miqdarda tökür.

Riçardsonun sözlərinə görə, bir yuma üçün cəmi təxminən iki xörək qaşığı yuyucu vasitə kifayətdir. Bu isə o deməkdir ki, bir qab yuyucu toz sizə demək olar ki, bir il çata bilər.

O, həddindən artıq yuyucu toz istifadə etməyi yemək bişirərkən çox duz qatmaqla müqayisə edib. Əgər reseptdə yarım xörək qaşığı duz göstərilibsə və siz də bu qədər əlavə edirsinizsə, yemək ləzzətli alınır. Amma bir stəkan duz əlavə etsəniz, yemək daha yaxşı deyil, əksinə, yararsız olar.

Yuyucu vasitəyə də eyni məntiqlə yanaşmaq lazımdır. Həddindən artıq yuyucu vasitə istifadəsinin paltarları əslində daha az təmiz etməsinin elmi izahı da var. Paltardakı kir və mikroblar suya keçir. Onlar səthi-aktiv maddələrlə (paltardakı kiri və ləkələri təmizləyən birləşmələr) birləşir və yaxalama mərhələsində bu maddələr su ilə birlikdə kanalizasiyaya axıb gedir. Lakin çox yuyucu vasitə istifadə etdikdə, o tam yuyulub getmir. Nəticədə səthi-aktiv maddələr, onlarla birlikdə isə kir və mikroblar yenidən paltarın üzərində qalır. Yəni çox miqdarda yuyucu toz istifadə etmək paltarlarınızın əslində daha çirkli qalmasına səbəb ola bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
130 182 151 165 150 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.