ice berg

ice berg Mətbəx 13-02-2026, 18:00

Bişirilməyən praktik peçenye

Bişirilməyən praktik peçenye

Bu şirniyyatın ən böyük üstünlüyü soba tələb etməməsi və dondurucuda qısa müddətdə hazır olmasıdır.

 

Loading.aZ lazım olan ərzaqları təqdim edir:

Peçenye: 2 paket petibör (sadə və ya kakaolu).

 

Kərə yağı: 100-150 qram (əridilmiş).

 

Süd: Yarım stəkan.

 

Kakao: 2-3 xörək qaşığı.

 

Şəkər tozu: Yarım stəkan (istəyə görə artırıla bilər).

 

Əlavələr: Qoz, fındıq və ya kişmiş (xırdalanmış).

 

Hazırlanma qaydası:

Peçenyeni əlinizlə və ya blenderlə çox un halına gətirmədən kiçik parçalara bölün.

 

Əridilmiş kərə yağı, süd, kakao və şəkər tozunu bir qabda şəkər əriyənə qədər qarışdırın.

 

Hazırladığınız maye qarışığı peçenyenin üzərinə tökün. Qoz və ya fındıq əlavə edərək yaxşıca qarışdırın.

 

Qarışığı streç filmə bükərək "mozaika tort" kimi rulet formasına salın və ya əlinizlə kiçik toplar düzəldin.

 

Hazır olan peçenyeləri dondurucuda ən azı 1-2 saat saxlayın.

 

Süfrəyə verməzdən əvvəl üzərinə kokos, rəndələnmiş şokolad və ya antep fıstığı səpə bilərsiniz. Dilimləyərə

k soyuq halda servis edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
157 155 194 168 169 191

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.